Sağlamlıq Üçün

Bunları Bilirsinizmi?

18 Nisan 2017 Salı

Təbii Qaynaq Suyu və Təbii mineral suyu arasındakı fərq nədir?

Təbii mineral sular ilə təbii qaynaq suları arasındakı fərq, təbii mineral suların mineral tərkibinin il boyunca (mövsümi dəyişmələrdə təbii dalğalanmalar xaricində) sabit qalaraq, dəyişməməsidir. Təbii qaynaq sularında belə bir daimilik yoxdur. Ayrıca, təbii mineral sular qaynağına bağlı olaraq qazlı və ya qazsız ola bilər. Bundan başqa seçimə görə, qaynağından çıxarıldıqdan sonra da karbon dioksid ilə zənginləşdirilərək qazlı hala gətirilə bilər.

Təbii qaynaq / mineral suyu və emal edilmiş içməli su  arasındakı fərq nədir?

Təbii qaynaq / mineral suları emal edilmir, emal edilmiş içmə suları adından da aydın olduğu kimi fərqli əməliyyatlardan keçirilir.

Su Ehtiyacını digər içkilərlə aradan qaldırmaq mümkündürmü?

Su ehtiyacımızı ödəyəcəyimizi  düşünərək  içilən qəhvə, çay, kola kimi içkilər, sidik çökdürücü maddələr ehtiva etdiklərindən bunlar, içildikdə orqanizmdən ifraz olunan sidiyin miqdarının artmasına və bədəndən su itkisinə səbəb olurlar. Odur ki,  suyun yerini başqa heç bir içki tuta bilməz.

Qələvi-İyonize su nədir?

Su içərisindəki hidrogen və hidrosit ionlarının miqdarından asılı olaraq asidite və alkaliniteyi təyin edir. pHi 7-dən aşağı olan sular– turş, 7 olan– neytral, 7-dən yuxarı olan sular da alkalik adlanır. Aparılan  araşdırmalar nəticəsində aydın olmuşdur ki,  bədənimizin pHi 7.4 ətrafında olub pHi 7.4 ilə 8.0 (yüngül qələvi su) arası suları qəbul  etməyi sağlamlıq baxımından son dərəcə faydalıdır, bu da  bir çox elmi məqalələrin  mövzusu  olmuşdur.

Plastik qablaşdırma etibarlıdırmı?

Plastik qabların xammalı polietilendir (polyethylene terephthalate). Plastika  (polyethylene terephthalate) bütün dünyada qida sektorunda bir çox məhsulların uzun illərdən bəri qablaşdırıldığı bir qab materialıdır. Plastik qab istehsalı əsnasında istifadə edilən maddələr istilik və günəş işığının təsiri ilə insan sağlamlığına zərər verə biləcək hala gəlmir, etibarlıdır.