Təqdimatımız

Bu gün Odlar yurdu Azərbaycanın məşhur və sevilən suyu olan “Sirab”a istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda bu qədər  tələbatın olması məhz onun keyfiyyəti ilə bağlıdır. Hansı ki, “Sirab” ASC-nin də başlıca amalı insanların, xüsusilə də uşaqların təmiz, keyfiyyətli su ilə təmin edilməsi üçün əlindən gələni etməkdir. Təbii ki, bu yerdə oxucuda haqlı olaraq “Sirab”ın necə emal edilməsi ilə bağlı maraq oyana bilər ki, bu oxucunu süfrələrin bəzəyi olan “Sirab”ın istehsalı ilə mümkün qədər yaxından tanış etməkdir.

“Sirab”ın mənbəyi dəniz səviyyəsindən 1258 metr yüksəklikdə olan dağların arasında, təpələrin ardında, Kəlbəağıl vadisində yerləşir....İndi sizlərə suyun hazırlanmasını qısa şəkildə izah etmək istəyirik… Su həmin mənbədən pas atmayan  boru vasitəsilə zavoda daxil olur...Burada su 4-8 dərəcə soyudulduqdan sonra  istehsal üçün sexlərə verilir.

Bir sözlə, “Sirab” insanların təhlükəsiz qidalanması, uşaqların sağlam gələcəyi naminə su sahəsində üzərinə düşən vəzifəni  artıqlaması ilə yerinə yetirməkdədir.