Sirab Zəfər Yolu - Xüsusi Buraxılış Məhsulumuz
Qürurumuz olan Zəfər Günü münasibətilə Sirab olaraq xalqımızın rəmzlərinə hörmətimizi ifadə edən məhdud sayda xüsusi buraxılış təqdim etdik.
DAHA ÇOXQürurumuz olan Zəfər Günü münasibətilə Sirab olaraq xalqımızın rəmzlərinə hörmətimizi ifadə edən məhdud sayda xüsusi buraxılış təqdim etdik.
DAHA ÇOX1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sirab və Qarabağ Futbol Klubu birgə təşəbbüslə kimsəsiz uşaqlar evini ziyarət ediblər.
DAHA ÇOXZəfər günündə su sifariş edən istehlakçılarımız xoş bir sürprizlə qarşılaşıblar.
DAHA ÇOXAzərbaycanın qablaşdırılmış içməli su bazarında əhaliyə təqdim edilən bir neçə su markası mövcuddur. Onların alıcılıq qabiliyyəti və rəqabət payı üzrə “ERA Marketing Center” tərəfindən yeni bir araşdırma aparılıb.
Ardıcıl ikinci ildir təşkil olunan bu araşdırmada əhali arasında sorğu keçirilərək yüksək tələbatlı su markalarının siyahısı hazırlanıb. Maraq üçün qeyd edək ki, suallar beynəlxalq standartlara uyğun verilir və sorğu əhatə dairəsinə görə bütün bölgələri əhatə edir.
Builki sorğuda iştirak edən respondentlərin rəyinə əsasən, aşağıda qeyd olunan 5 göstəricinin ümumi ortalaması üzrə "Sirab" markası digər markalar ilə müqayisədə daha üstün göstəriciyə sahib olub. Araşdırma 2022 ilinin Oktyabr-Noyabr aylarında, ölkə ərazisində 1200 nəfər arasında keçirilib.
Həmin göstəricilər aşağıdakılardır:
Ölkənin sevimli su markası aşağıdakı 5 fərqli indeksə görə hesablanmışdır.
1. Real dəstəkçi göstəricisi (Loyallıq - NPS)
2. Məmnuniyyət indeksi (CSAT)
3. Ümumi təəssürat
4. Keyfiyyət qavranışı
5. Qiymət - keyfiyyət balansı/marka dəyəri qavranışı
Məlumat üçün bildirək ki, analoji sorğu keçən il də 1200 respondent ilə aparılmış və “Sirab” Azərbaycanın sevilən suyu seçilmişdi.
"Sirab" Azərbaycanda sevilən milli su brendidir. Hazırda beynəlxalq qida bazarında 15-ə yaxın ölkəyə ixrac edilən “Sirab” ikinci dəfə ölkə daxilində liderliyini qoruyub.