Sirab və Qarabağ FK-dan Uşaqlar Evinə Ziyarət
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sirab və Qarabağ Futbol Klubu birgə təşəbbüslə kimsəsiz uşaqlar evini ziyarət ediblər. Bu sosial məsuliyyət layihəsi çərçivəsində uşaqlara sevinc bəxş etmək, onlarla bir arada olmaq və dəstək hissini ötürmək məqsədilə müxtəlif tədbirlər keçirilib.
Ziyarət zamanı uşaqlara hədiyyələr təqdim olunub, Qarabağ FK-nın futbolçuları ilə birgə interaktiv oyunlar oynanılıb və səmimi görüşlər baş tutub. Sirab olaraq hesab edirik ki, uşaqların sevincini paylaşmaq, onların yanında olmaq təkcə bu günün deyil, hər günün mənəvi borcudur.
Uşaqlar bizim gələcəyimizdir. Onlara sevgi və diqqət göstərmək isə cəmiyyət olaraq hər birimizin məsuliyyətidir.