Sirab
Sirab
Sirab
sirab
sirab
sirab

Qarabağ futbol klubu ilə əməkdaşlığımız

Mayın 26-da  “Sirab” brendinin futbol üzrə Azərbaycan çempionu “Qarabağ”la rəsmi tərəfdaşlıq müqaviləsinin imza mərasimi keçirilib. .
Əvvəlcə rəsmi tərəfdaşlıq barədə müqavilə imzalanıb. Müqaviləni “Sirab” şirkətinin icraçı direktoru və Ceo-su Alper  Yaycılı və “Qarabağ” FK-nun baş direktoru Əmrah Çəlikəl imzalayıb. 
İmza mərasimində “Sirab” şirkətinin icraçı direktoru və Ceo-su Alper Yaycılı tərəfdaşlıqdan qürur duyduqlarını bildirib: “Qarabağ” Azərbaycan idmanının ən öndə komandalarından biridir. Bu klub ölkəni Avropa meydanlarında layiqincə təmsil edir, milyonlarla insana sevinc və qürur bəxş edir. “Sirab” olaraq daim ölkə idmanına dəstək olmağa çalışırıq. 2018-ci ildən “Qarabağ” FK ilə əməkdaşlığımız var. Bu gündən etibarən isə həm də  rəsmi tərəfdaş olaraq çalışacayıq. “Qarabağ” kimi titullu və böyük komandayla əməkdaşlıqdan qürur duyuruq. “Sirab” və “Qarabağ” ayrı-ayrılıqda öz sahəsinin çempionudur. Bu gün iki çempionun tərəfdaşlığı rəsmiləşdi”. 

“Qarabağ” klubunun baş direktoru Əmrah Çəlikəl tərəfdaşlıqdan məmnun olduqlarını bildirib: “Biz “Sirab” suları ilə 2018-ci ildən əməkdaşlıq edirik. Klub olaraq sədaqət və mənəviyyata böyük üstünlük veririk. Öncələr başqa sular da alırdıq. Amma məmnun qalmırdıq. Hətta çarter reysi ilə səfərə çıxanda özümüzlə ”Sirab” suları aparırıq. Bu üzdən bu şirkətin üzərində dayandıq. Tərəfdaşlıqdan məmnunuq”.