Sirab tətbiqi istifadəçilərə müxtəlif qablaşdırılmalarda içməli su sifariş etmək və onu qeyd olunan ünvana çatdırmaq imkanı təqdim edir.
2. Qeydiyyat və Hesab
Tətbiqdən istifadə üçün istifadəçi hesabı yaratmaq tələb olunur.
İstifadəçi təqdim etdiyi məlumatların doğru və aktual olduğuna cavabdehdir.
Çatdırılmanın mümkün olması üçün yaşayış yaxud çalışma ünvanı təqdim olunmalıdır. Şirkət müvəqqəti qurulmuş çadır, qoşqulu vaqon tipli evlər, dəniz kənarında müvəqqəti icarəyə götürülmüş kottec və bu qəbildən olan digər ünvanlara məhsul çatdırılmasından imtina edə bilər.
Hesabın təhlükəsizliyinə görə istifadəçi məsuliyyət daşıyır.
3. Sifariş və Çatdırılma
Sifarişlər yalnız tətbiqdə mövcud olan ərazilərə çatdırılır.
Çatdırılma müddəti və vaxtı seçilmiş zonadan asılı olaraq dəyişə bilər.
İstifadəçi ünvanı düzgün qeyd etməlidir. Səhv ünvan göstərildiyi halda, əlavə çatdırılma haqqı tələb oluna bilər.
Müştəri telefonla zəng edərək qeyri-etik sözlərdən istifadə edərsə, şirkət sifarişi ləğv edərək ödənişi geri verir və bu müştəriyə xidmət göstərməkdən imtina etmək hüququnu özündə saxlayır.
Hər hansı bir səbəbdən ünvana çatdırılma mümkün olmadıqda, bu barədə müştəriyə məlumat verilir.
Çətin keçid şəraiti, şəhər tədbirləri və ya dayanma-durma cərimələri səbəbindən çatdırılma mümkün olmadıqda sifariş ləğv oluna bilər; müştəriyə məlumat verilir və ödəniş geri qaytarılır.
4. Ödənişlər
Bütün qiymətlər AZN ilə göstərilir və bu qiymətlərə ƏDV daxildir.
Ödəniş onlayn (tətbiq daxilində), nağd (AZN pul əskinasları) yaxud posterminal aparatı vasitəsilə aparılır.
Onlayn ödənişlər Mərkəzi Bankda qeydiyyatdan keçmiş araçı maliyyə şirkəti tərəfindən təhlükəsiz şəkildə icra olunur.
Card-to-card, xarici valyuta yaxud hər hansı digər əvəzləşdirmə üsulu ilə ödəniş qəbul olunmur.
Geri ödəniş yalnız məhsul çatdırılmadıqda, qüsurlu məhsul çatdırıldığında yaxud müştəri məhsulu yerindəcə götürməkdən imtina etdikdə mümkündür.
Geri ödənişlər 10 iş günü ərzində icra olunur; bankın işləmə müddəti şirkətdən asılı deyil.
5. İstifadə Qaydaları
Tətbiqdən yalnız qanuni məqsədlərlə istifadə edilə bilər.
İstifadəçi tətbiqə və ya digər istifadəçilərə zərər verə biləcək fəaliyyətlərdən çəkinməlidir.
6. Məxfilik
İstifadəçinin şəxsi məlumatları gizli saxlanılır və yalnız sifarişin yerinə yetirilməsi üçün istifadə olunur.
Daha ətraflı məlumat üçün Məxfilik Siyasətimizi oxuyun.
7. Dəyişikliklər
Biz bu istifadəçi şərtlərini istənilən vaxt yeniləyə bilərik.
Yenilənmiş şərtlər tətbiqdə dərc olunduğu andan etibarən qüvvəyə minir.
8. Fors-major (Fövqəladə Hallar)
Sirab aşağıdakı hallarda xidmətdə yaranan gecikmə, icra edilməmə və ya dayandırılmaya görə məsuliyyət daşımır:
Təbii fəlakətlər (zəlzələ, sel, tufan və s.)
Müharibə, üsyan, iğtişaşlar
Dövlət qərarları və hüquqi məhdudiyyətlər
Yanğın, partlayış, epidemiya və ya pandemiya
İnfrastruktur problemləri (elektrik, internet, logistika və s.)
Respublika səviyyəli ödəniş sistemi problemləri
Bu hallarda şirkət xidmətin bərpası üçün bütün ağlabatan səyləri göstərəcək, lakin istifadəçi kompensasiya tələb edə bilməz.
📍 Ünvan: Azərbaycan, Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18a.
Hesab İdarəetməsi
Hesab Məlumatlarının Silinməsi
Hesabınızı bağlamaq və şəxsi məlumatlarınızı sistemdən tamamilə silmək hüququnuz var. Sorğunuz qəbul edildikdən sonra məlumatlarınız 30 iş günü ərzində silinir.
Silinəcək məlumatlar:
Ad, soyad və əlaqə məlumatları
Şəxsi məlumatlar, şəxsiyyət vəsiqəsinin FİN kodu və nömrəsi
Qeydiyyatda olan çatdırılma ünvanları
Sifariş tarixçəsi
Hesab parametrləri və tərcihlər
Nəzərə alın:
Aktiv sifarişi olan hesablar sifariş tamamlandıqdan sonra silinir.
Hüquqi öhdəliklər çərçivəsində bəzi məlumatlar qanunla tələb olunan müddət saxlanıla bilər.
Silmə prosesi başladıqdan sonra geri qaytarıla bilməz.
Silmə sorğunuzu aşağıdakı ünvana e-poçt göndərərək bildirin: