Haqqında

Şirkət haqqında:

”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək  “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.

İstehsal olan məhsullar haqqında:

Hal hazırda “Sirab” mineal sular zavodunda 7 texnoloji xətt quraşdırılmış 4 sex fəaliyyət göstərir.Bu xətlərdə  qazlaşdırılmış və qazlaşdırılmamış “Sirab” təbii mineral müalicəvi süfrə suyunun müxtəlif həcmli Pet və şüşə butulkalara doldurulması həyata keçirilir.Hal hazırda zavadumuzda 21 çeşiddə (0,5 lt, 1,0 lt, 1,5 lt həcmli Pet qazlı, 0,33 lt, 0,5 lt, 1,0 lt, 1,5 lt, 5,0 lt, 10 lt və 19 lt həcmli Pet qazsız ,  0.2 lt , 0,33 lt , 0,5 lt həcmli şüşə qazlı butulka, 0,33lt ilə 0.5lt həcimli şüşə qazsız butulka və 0,33 lt ,  0,75 lt şüşə qazli və qazsiz Premium sular) məhsul istehsal olunur.

Tərkibi  haqqında:

Sirab mineral  sularının formalaşmasında  yer qabığının dərinliklərində gedən proseslər əsas rol oynayır.Çoxlu sayda qazılmış kəşfiyyat quyuları mineral suların çat damar  tipli olduğunu təsdiqləyir.Mineral suların kimyəvi tərkibini  Na/Cl əmaslını və digər komponentləri öyrənməklə onların genezisi və evolyusiyası müəyyənləşdirilir.Ərazinin mineral sularında iştirak edən qazların 97,5-99,9 %-ni karbon qazı təşkil edir.Azot,oksigen və digər nadir qazlar cuzi miqdardadır.Qazlı sularin ümumi minerallığı-   1,5 -3,3 q/dm3, qazsız sularin ümumi mineralliği-  0,10 q/dm3   və PH göstəricisi isə 7,4 -dir.

Müalicəvi təyinatı və faydaları:

Karbon qazli “Sirab” mineral suyu güclü şirəqovma təsirinə malikdir.Hazırda çox az adam tapılar ki,mədəsində qastrit olmasın.Bunun qarşısını almaq, onu sağaltmaq üçün “Sirab”-dan mütamadi olaraq istifade etmək lazımdır.Bundan əlavə maddələr mübadiləsinin pozğunluğu,qara ciyər,öd ,mədə bağırsak xəstəlikləri, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən,allerqik rinit xəstəliyinə tutulmuş insanlara “Sirab” içmələri məsləhət görülür.”Sirab” mineral suyu min-bir dərdin dərmanıdır və dünyada analoqu olmayan sudur.

İxrac edildiyi ölkələr və Naliyyətləimiz haqqında:

Bu gün süfrələrimizin bəzəyi olan “Sirab”  mineral suyunun sorağı dünyanın bir sıra ölkələrindən gəlir.Minerallarla zəngin olan “Sirab” suyunun Azərbaycanla yanaşı Rusiya, Belarusiya, Qazaxıstan, Türkiyə, Türkmənistan, Çin, İraq, Qətər, Polşa, Kuveyit, Ukrayna və Baltikyanı ölkələrdə özünəməxsus yeri vardır. Əminik ki, “Sirab” mineral suyu yaxın zamanlarda Avropa bazarında layiqli yerini tutacaq.

“Sirab” ASC-də bütün istehsal prosesi İSO standartlarına  keyfiyyəti idarəetmə sisteminin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssəmiz Almaniyanın “IQNET”və “DQS” sertifikatlaşdırma təşkilatı tərəfindən İSO 9001-2015 və İSO 22000- 2005 standartlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. Bu isə “Sirab” suyunun yüksək kefiyyətli istehsalının göstəricisi və Avropa bazarına girişinin açarıdır. Dünya standartlarına cavab verə biləcək yüksək kefiyyətli məhsul istehsal etməyimiz “Sirab” mineral  suyunun bir çox xarici ölkələrdə yüksək nailiyyətlər qazanmağına səbəb olub.

Nailiyyətlər

Dünya standartlarına cavab verə biləcək yüksək keyfiyyətli məhsul istehsal etməyimiz "Sirab" mineral suyunun bir çox xarici ölkələrdə yüksək nailiyyətlər qazanmağına səbəb oldu. Belə ki, "Sirab" ASC 2005-ci ilin may ayında İsveçrənin Cenevre şəhərində "Biznesdə Yüksək Keyfiyyətə görə" Qızıl medalına layiq görülüb.

 2009-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən "Qida məhsulları və içkilərin XII forumu"nda Qızıl medal, 2010-cu ildə Moskva şəhərində keçirilən XVII Beynəlxalq "PRODEKSPO 2010" sərgisində Gümüş medal, 2011-ci ildə Moskva şəhərində keçirilən XVIII Beynəlxalq "PRODEKSPO-2011"sərgisində Qızıl medal və 2011-ci ilin 1-4 noyabr tarixində Qazaxıstanın Alma-Ata şəhərində keçirilən XIV Beynəlxalq Mərkəzi Asiya "Yeyinti sənayesi" sərgisində "Sirab"mineral suyu Qızıl medala layiq görülmüşdür. Bu da bizim gələcək uğurlarımızın təməlidir.

“Sirab” mineral suyunun dünyada qazandığı nailiyyətlər :

  • Qızıl medal – “Biznesdə yüksək keyfiyyətə görə”  ( Cenevrə . 2005 )
  • Qızıl medal – “Qida məhsulları və içkilərinin XII formu”  ( Ukrayna . 2009  )
  • Gümüş medal – XVII Beynəlxalq sərgi  “PRODEXPO 2010”   ( Moskva . 2010 )
  • Qızıl medal – XVIII Beynəlxalq sərgi   “PRODEXPO 2011”   ( Moskva . 2011 )
  • Qızıl medal – Beynəlxalq Yeyinti Sənaye sərgisi  ( Qazağıstan . 2011 )
  • İlin Brendi –  “Azərbaycanda İlin Brendi” Birinci Milli Mükafat  ( Azərbaycan . 2009 )
  • İlin Brendi –  “Azərbaycanda İlin Brendi” Birinci Milli Mükafat  ( Azərbaycan . 2012 )
  • İlin İxracatçısı– Azərbaycan Respublikasi  Naxçıvan MR   “Biznesdə Uğur” mükafatı   İlin İxracatçısı- 2012
  • İTQİ -  Beynəlxalq Ləzzət və Keyfiyyət İnstitutu tərəfindən Mükəmməl Ləzzət Mükafatı (BRUSSELS 2015 )

HƏR DAMLASINDA HƏYAT VAR...