Nailiyyətlər

Dünya standartlarına cavab verə biləcək yüksək keyfiyyətli məhsul istehsal etməyimiz "Sirab" mineral suyunun bir çox xarici ölkələrdə yüksək nailiyyətlər qazanmağına səbəb oldu. Belə ki, "Sirab" ASC 2005-ci ilin may ayında İsveçrənin Cenevre şəhərində "Biznesdə Yüksək Keyfiyyətə görə" Qızıl medalına layiq görülüb. Əməyimizin belə yüksək qiymətləndirilməsi bizi daha yeni uğurlara ruhlandırır.

Belə ki, 2009-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən "Qida məhsulları və içkilərin XII forumu"nda Qızıl medal, 2010-cu ildə Moskva şəhərində keçirilən XVII Beynəlxalq "PRODEKSPO 2010" sərgisində Gümüş medal, 2011-ci ildə Moskva şəhərində keçirilən XVIII Beynəlxalq "PRODEKSPO-2011"sərgisində Qızıl medal və 2011-ci ilin 1-4 noyabr tarixində Qazaxıstanın Alma-Ata şəhərində keçirilən XIV Beynəlxalq Mərkəzi Asiya "Yeyinti sənayesi" sərgisində "Sirab"mineral suyu Qızıl medala layiq görülmüşdür.Bu da bizim gələcək uğurlarımızın təməlidir.